...

Azərbaycanın lizinq şirkəti adlı istiqrazlar üzrə gəlirliliyi azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2011 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın "FinansLizinq" şirkəti lizinq əməliyyatlarının genişləndirilməsi məqsədilə 2011-ci ildə istiqrazların ikinci yerləşdirilməsini keçirməyi planlaşdırır.

Şirkət artıq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK ) ümumi məbləği 195 min manat olan təmin olunmamış faizli adlı sənədsiz istiqrazların emissiya prospektini qeydiyyata aldırıb. Bu barədə şənbə günü Dövlət Komitəsinin məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 390 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti illik faiz dərəcəsi 14 faiz olmaqla 900 gündür. Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiya prospektinə görə yerləşdirmə Bakı Fond Birjasında açıq yerləşdirmə metodu ilə həyata keçiriləcək.

Hələ fevralda şirkət illik 15 faizlik gəlirliliklə 400 min manatlıq istiqraz yerləşdirmişdi.

"FinansLizinq" ASC 2007-ci il aprelin 2-də dövlət qeydiyyatından keçib. Hazırda ASC-nin səhmdarları Azərbaycanın 16 fiziki şəxsidir. Səhmlərin əsas payı Azad Cavadov və Tuqay Şahəlizadə (hər biri 15,83 faiz), Mobil Şərifov (15,17 faiz) və İbharim İbrahimova (10 faiz) məxsusdur.

Mayın 14-nə rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti