...

"Flydubai" pilotların sayını artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2011 16:20 (UTC +04:00)
Dubayın ilk qənaətcil hava yolları olan "Flydubai" özünün böyüyən aeroflotunun və sürətlə inkişaf edən uçuş şəbəkəsinin ehtiyaclarını təmin etmək üçün dörd il ərzində öz pilot heyətini 600 nəfərə qədər böyüdəcək.
"Flydubai" pilotların sayını artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 19 may /Trend/

Dubayın ilk qənaətcil hava yolları olan "Flydubai" özünün böyüyən aeroflotunun və sürətlə inkişaf edən uçuş şəbəkəsinin ehtiyaclarını təmin etmək üçün dörd il ərzində öz pilot heyətini 600 nəfərə qədər böyüdəcək. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Artıq 200-dən çox təyyarəçinin çalışdığı qənatcil hava yolları şirkətinə 2008-ci ildə əldə edilmiş 50 Boeing təyyarəsini idarə etmək üçün 7 bort-kapitan və 7 birinci zabit tələb olunur. Əldə edilən Boeing-lərin sonuncusu Dubaya 2016-cı ildə çatdırılacaq.

"Flydubai" şirkəti dünyanın yeni aviaşirkətləri arasında bəlkə də ən sürətlə inkişaf edənidir. Biz çox gözəl şəhərdə yerləşirik və bu fakt dünyanın ən yaxşı təyyarəçilərini şirkətimizə cəlb etməkdə bizə yardımçı olur. Şirkətin ildən-ilə böyüyən aeroflotunu və inkişaf edən uçuş şəbəkəsini təmin etmək məqsədi ilə biz təyyarəçilərin cəlb olunması istiqamətində işlər aparırıq. Belə ki, şirkətin artan ehtiyaclarını qarşılamaq üçün güclü heyət lazımdır", - "Flydubai" şirkətinin baş direktoru Qeyt əl-Qeyt bildirib.

Şirkətin birinci zabit üçün qoyduğü əsas tələb belədir: O, minimum 2,500 uçuş saatına malik olmalıdır. Onlardan 1,000-i böyük ekipaji, bir neçə mühərrik və müasir elektron uçuş sistemi olan 10 tondan artıq iş çəkisi olan təyyarədə olmalıdır. Kapitanlar isə öz növbəsində 5,000 uçuş saatına malik olmalıdırlar. Onlardan 1,500 saat müasir (EFIS) multi-sistemi və 55 ton iş çəkisi olan reaktiv mühərrikli təyyarədə olmalıdır.

Şirkət işə götürmə üzrə planlarını dəstəkləmək məqsədi ilə mövcud kapitan heyətində yeniləşmə sxemini tətbiq edir. Sistemdə iştirak etmək üçün hər birinci zabit minimum 1 il əmək stajına və 4.000 uçuş saatına (1.000-i Boeing 737-də) malik olmalıdır. Bu saatların 500-ü "Flydubai" şirkətinin xəttində olmalıdır.

"Biz bu sistemi tətbiq etməyə başladığımız müddətdən bu yana 15 birinci zabit müvəffəqiyyətlə kapitan səviyyəsinə çatıb. Biz bütün dünyadan ən yaxşı təyyarəçiləri dəvət etmək niyyətindəyik, belə ki, onlar "Flydubai" şirkətinin ən yaxşı təyyarəçiləri olsunlar", - əl-Qeyt deyib.

Təyyarəçilərə olan tələbləri flydubai.com saytında öyrənə bilərsiniz.

"Flydubai" şirkətinin biznes modeli sadədir. Müştərilər ancaq əldə etmək istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə bütün vergilər, çəkisi 7 kiloya qədər olan bir ədəd əl yükü, yaxud əl çantası daxildir. Çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır. Ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 27 ABŞ dolları ödəmək lazımdır.

"Flydubai" şirkəti Dubayın Beynəlxalq Aeroportunun şimalındakı 2 saylı terminalda fəaliyyət göstərir.

Dubayın ilk qənaətcil hava yolları olan "Flydubai" şirkəti 2008-ci ilin martında Dubay hökuməti tərəfindən yaradılıb və 2009-cu il iyunun 1-də kommersiya uçuşlarına başlayıb. "Flydubai" şirkətinin məqsədi səyahəti daha asan, daha stressiz və daha qənaətcil etməkdir.

Xəbər lenti

Xəbər lenti