...

Azərbaycan bankı "NBCBank" kapitalını səhmlərin nominalının dəyişdirilməsi vasitəsilə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 16:27 (UTC +04:00)
Azərbaycan bankı "NBCBank" nizamnamə kapitalını səhmlərin nominalının dəyişdirilməsi vasitəsilə 2,5 faiz artırır.
Azərbaycan bankı "NBCBank" kapitalını səhmlərin nominalının dəyişdirilməsi vasitəsilə artırır

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "NBCBank" nizamnamə kapitalını səhmlərin nominalının dəyişdirilməsi vasitəsilə 2,5 faiz artırır.

Bank Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində ümumi məbləği 16,4 milyon manat olan adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 109,28 manat olan 149 984 ədəd adi adlı sənədsiz səhm buraxılıb.

Bu emissiyanın yerləşdirilməsi əvvəllər hər birinin dəyəri 2,13 manat olan qeydə alınmış emissiyanın konvertasiyası yolu ilə yerləşdiriləcək.

Səhmlərin nominal dəyərinin artırılması nəticəsində bankın nizamnamə kapitalı indiki 16,071 milyon manatdan 16,4 milyon manatadək artacaq.

"NBC Bank" 1992-ci ilin dekabrında yaradılıb.

Mayın 24-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti