...

Audit Beynəlxalq Sığorta Şirkətinin İSO 9001:2008 standartına uyğun olmasını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2011 15:08 (UTC +04:00)
Mayın 20-də "Beynəlxalq Sığorta Şirkəti" ASC-də növbəti dəfə İSO 9001:2008 - Keyfiyyət Menecmenti Sistemi üzrə audit keçirilib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Audit Beynəlxalq Sığorta Şirkətinin İSO 9001:2008 standartına uyğun olmasını təsdiq edib

Azərbaycan, Bakı, 25 may /Trend/

Mayın 20-də "Beynəlxalq Sığorta Şirkəti" ASC-də növbəti dəfə İSO 9001:2008 - Keyfiyyət Menecmenti Sistemi üzrə audit keçirilib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Auditi keçirən "SGS Tashkent Ltd" şirkəti ümumilikdə SGS şirkətlər qrupunun təcrübəli menecerlərindən sayılan, Xəzər regionun sertifikatlaşdırılması layihəsinin rəhbəri Alişer Maxmudovun başçılıq etdiyi heyətlə təmsil olunub.

Audit nəticəsində "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin Keyfiyyət Menecmenti Sistemi üzrə şirkətin fəaliyyətinin və xidmət keyfiyyətinin standartlara tam uyğunluğu nəzərə alınaraq şirkətin növbəti dəfə İSO 9001:2008 sertifikatına layiq olduğu təsdiq edilib.

"Beynəlxalq Sığorta Şirkəti" ASC ilk dəfə 2006-cı ildə Keyfiyyət Menecmenti Sistemi üzrə sertifikat alıb və hər növbəti ildə keçirilən audit nəticəsində Şirkətin bu sertifikata layiqliyi təsdiqlənib. İSO 9001:2008 - Keyfiyyət Menecmenti Sistemi üzrə sertifikat üzrə növbəti auditin gələn ilin may ayında keçirilməsi planlaşdırılır.

2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş və Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan Beynəlxalq Sığorta Şirkətinin qeyd olunan sertifikata layiq görülməsi, Şirkətin 37 sığorta növlü üzrə müştərilərinə təqdim etdiyi qüsursuz və yüksək keyfiyyətli xidmətin göstəricisidir.

Xəbər lenti

Xəbər lenti