...

Bakıda Azərbaycan və Koreyanın fond birjalarında əməkdaşlıq perspektivləri müzakirə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2011 15:06 (UTC +04:00)
Mayın 24-dən Koreya Birjasının Biznesin qlobal inkişafı departamentinin direktoru Honq-Hi Şinin başcılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Bakıda Azərbaycan və Koreyanın fond birjalarında əməkdaşlıq perspektivləri müzakirə edilir

Azərbaycan, Bakı, 25 may /Trend/

Mayın 24-dən Koreya Birjasının Biznesin qlobal inkişafı departamentinin direktoru Honq-Hi Şinin başcılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir. Koreya nümayəndə heyətinin səfəri mayın 27-dək davam edəcək.

"Səfərin məqsədi fond bazarlarında əməkdaşlıq istiqamətlərinin müzakirəsi, təcrübə və informasiya mübadiləsi, habelə qarşılıqlı investisiya imkanlarının müəyyən edilməsidir", - məlumatda deyilir.

Səfər çərçivəsində qonaqlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası və Milli Depozit Mərkəzində görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti