...

DəmirBank-ın aktivləri 18,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2011 11:28 (UTC +04:00)
Azərbaycan bankı DəmirBank-ın aktivləri 1 may 2011-ci il tarixinə 325,2 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 50,6 milyon manat və ya 18,4% çoxdur.
DəmirBank-ın aktivləri 18,4 faiz artıb

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan bankı DəmirBank-ın aktivləri 1 may 2011-ci il tarixinə 325,2 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 50,6 milyon manat və ya 18,4% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 44,9 milyon manat və ya 23,8% artaraq 233,3 milyon manatı keçib. Bu barədə cümə axşamı bankdan Trend-ə verilən məlumatda deyilir.

Bankda müştəri depozitlərinin həcmi 1 may 2011-ci il tarixinə 128,2 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 may 2011-ci il tarixinə 90,8 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 13,6% və ya 10,8 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 may 2011-ci il tarixinə 20 milyon manat, məcmu kapitalı isə 48,5 milyon manat olub.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti