...

Estoniya Azərbaycana qiymətli kağzılar sahəsində qanunvericiliyin Aİ direktivlərinə uyğunlaşdırılmasında kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2011 19:47 (UTC +04:00)
Azərbaycan qiymətli kağızlar bazarı iştirakçılarının hesabatlıq rejiminin təkmilləşdirilməsi istiqamətində tövsiyələrin verilməsi üçün Estoniyanın Maliyyə Nəzarəti Orqanının əməkdaşı Kristian-Erik Suurvali Bakıda səfərdədir.
Estoniya Azərbaycana qiymətli kağzılar sahəsində qanunvericiliyin Aİ direktivlərinə uyğunlaşdırılmasında kömək edəcək

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan qiymətli kağızlar bazarı iştirakçılarının hesabatlıq rejiminin təkmilləşdirilməsi istiqamətində tövsiyələrin verilməsi üçün Estoniyanın Maliyyə Nəzarəti Orqanının əməkdaşı Kristian-Erik Suurvali Bakıda səfərdədir.

Onun səfəri Avropa İttifaqının TAİEX texniki yardım aləti çərçivəsində baş tutub. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağzılar üzrə Dövlət komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.

"Səfərin məqsədi Azərbaycan qiymətli kağızlar bazarı nın peşəkar iştirakçılarına tətbiq olunması nəzərdə tutulan yeni hesabatlıq tələblərinin Avropa Birliyinin müvafiq standartlar ilə müqayisəsidir", - məlumatda deyilir.

Səfər çərçivəsində qiymətli kağızlar sahəsində qanunvericiliyin Avropa direktivlərinə uyğunlaşdırılması istiqamətində hazırlanmış qiymətli kağızlar bazarında sui-istifadəyə qarşı tənzimləyici tədbirləri əhatə edən yeni qaydaların tətbiqi məsələləri də müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti