...

"AzSığorta" ASC nizamnamə kapitalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 13:38 (UTC +04:00)
Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan "AzSığorta" ASC nizamnamə kapitalını səhmlərin nominal dəyərinin artırılması yolu ilə növbəti dəfə artırıb. Trend-in məlumatına görə, bu barədə cümə günüşirkətdən bildirilib.
"AzSığorta" ASC nizamnamə kapitalını artırıb

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan "AzSığorta" ASC nizamnamə kapitalını səhmlərin nominal dəyərinin artırılması yolu ilə növbəti dəfə artırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətdən bildirilib.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən "AzSığorta" ASC-nin səhmlərinin buraxılışı AZ100500686 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alıb, Milli Depozit Mərkəzi tərəfindən isə yeni səhmlərin uçotu aparılıb. Bunun nəticəsində nizamnamə kapitalı 4 643 683 manatdan 9 445 701 manatadək çatdırılıb.

"AzSığorta" ASC Azərbaycan sığorta bazarında 2006-ci ilin noyabr ayından fəaliyyət göstərir. Respublikanın əksər böyük şəhər və rayonlarında 7 filial yaradılıb . "AzSığorta" ASC - də 180-dən artıq əməkdaş çalışır. Hazırda "AzSığorta" ASC müştərilərə 5 icbari və 32 könüllü sığorta növləri üzrə yüksək keyfiyyətli xidmət göstərir.

Mayın 27-nə rəsmi məzənnə 0,7896 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti