...

Bakıda CAREC çərçivəsində növbəti iclas keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2011 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir N.İsmayılova/

İyunun 6-9-da Bakıda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) yüksək səviyyəli rəsmilərinin növbəti iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Tədbirdə CAREC Proqramına üzv olan ölkələrin nümayəndə heyətləri, eləcə də Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, İslam İnkişaf Bankının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələrinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində CAREC Proqramının Ticarət Siyasəti Əlaqələndirici Komitəsinin 14-cü iclası və bir sıra seminarlar keçiriləcək.

CAREC - səkkiz iştirakçı ölkə (Əfqanıstan, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AİB, AYİB, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlığından ibarətdir.

Xəbər lenti

Xəbər lenti