...

Azərbaycanda 8,5 min litrdən çox keyfiyyətsiz sərinləşdirici içki məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 17:39 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən normativ sənədlərin tələblərinə cavab verməyən 8579 litr keyfiyyətsiz sərinləşdirici içki məhv edilib.
Azərbaycanda 8,5 min litrdən çox keyfiyyətsiz sərinləşdirici içki məhv edilib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən normativ sənədlərin tələblərinə cavab verməyən 8579 litr keyfiyyətsiz sərinləşdirici içki məhv edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bundan əvvəl aşkar edilən pozuntularla əlaqədar Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulun məhv edilməsi barədə "Mahmud Topçu K" müəssisəsinə icrası məcburi göstəriş verilmişdi.

Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti "Mahmud Topçu K" İstehsal Kommersiya Firması barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Xəbər lenti

Xəbər lenti