...

Azərbaycanda vergiödəyicilərin pasportlaşdırılması ilin sonunadək davam edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2011 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Vergilər Nazirliyi vergiödəyicilərin və təsərrüfat subyektlərinin pasportlaşdırılmasının birinci mərhələsini başa çatdırır. Bu barədə cümə günü jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

"Pasportlaşdırma davam edir və birinci mərhələ başa çatmaq üzrədir. Artıq hansı sahələrdə problemlərin olduğu müəyyən edilib və yaxın vaxtlarda bu istiqamətdə konkret tədbirlərin görülməsinə başlanacaq", - Ələkbərov bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən vergi orqanlarında uçota durmayan təsərrüfat subyektləri və obyetklərinin fəaliyyət göstərməsi faktları aşkara çıxarılıb. Həmin tədbirlər zamanı onların qeydiyyatının aparılması təmin olunub.

Ələkbərov deyib ki, vergi bazasının genişləndirilməsi və əlverişli biznes-mühitin yaradılması pasportlaşdırmanın keçirilməsinin başlıca məqsədlərindəndir və bu proses ilin sonuadək davam edəcək.

Ölkədə vergiödəyicilərin pasportlaşdırılmasına bu il fevralın 1-dən başlanıb. Proses məlumat bazasının dəqiqləşdirilməsi və uçota duran vergiödəyicilərin və təsərrüfat subyektlərinin inventarizasiyası məqsədini güdür.

Bu gün ölkədə 365 min vergiödəyici uçotda durub ki, onların 108 mini təsərrüfat subyektidir.

Xəbər lenti

Xəbər lenti