...

"DəmirBank"ın aktivləri 11,5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 15:46 (UTC +04:00)
DəmirBank-ın aktivləri 1 iyun 2011-ci il tarixinə 315,5 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32,5 mln. manat və ya 11,5% çoxdur.
"DəmirBank"ın aktivləri 11,5 faiz artıb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

DəmirBank-ın aktivləri 1 iyun 2011-ci il tarixinə 315,5 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32,5 mln. manat və ya 11,5% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 36,8 mln. manat və ya 18,4% artaraq 236,8 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyun 2011-ci il tarixinə 115,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyun 2011-ci il tarixinə 91,5 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 12,7% və ya 10,3 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 iyun 2011-ci il tarixinə 20 mln. manat, məcmu kapitalı isə 48,5 mln. manat olub.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

İyunun 16-na olan rəsmi məzənnə 0,7879 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti