...

Salyanda asma körpü tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 15:56 (UTC +04:00)
2012-ci ilin sonunadək Ələt-Astara avtomobil yolunun 55-ci kilometrliyində (Salyan rayonu) Kür çayı üzərində asma körpü istismara veriləcək.
Salyanda asma körpü tikiləcək

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin sonunadək Ələt-Astara avtomobil yolunun 55-ci kilometrliyində (Salyan rayonu) Kür çayı üzərində asma körpü istismara veriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Avtonəqliyyatservis" Departamentinin Baş nəqliyyat müfəttişliyi idarəsinin rəisi Hidayət Aslanov deyib.

Onun sözlərinə görə, körpünün tikintisi üzrə işlərə artıq başlanılıb. Körpünün uzunluğu 363 metr, eni 30 metr, yükgötürmə qabiliyyəti isə 80 ton təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti