...

DSMF səlahiyyətlərinin genişlənməsini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 10:18 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Sosial sığorta haqqında" qanuna öz səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı dəyişikliklərə dair təkliflər paketi hazırlayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov deyib.
DSMF səlahiyyətlərinin genişlənməsini gözləyir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Axundov/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Sosial sığorta haqqında" qanuna öz səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı dəyişikliklərə dair təkliflər paketi hazırlayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov deyib.

"Şirkətlərin bizə təqdim etdikləri hesabatlarda yalnız işçilərin sayı, onların əməkhaqları və sosial sığorta üzrə sığorta haqlarının məbləği barədə məlumat olur. Bu gün səlahiyyətlərimiz yalnız şirkətlərin Fonda ödənişləri düzgün edib-etməmələrinin yoxlanılmasına çatır", - Müslümov əlavə edib.

Onun sözlərinə görə, DSMF-nin şirkətdə həqiqətən neçə nəfərin işləməsini yoxlamaq səlahiyyəti yoxdur.

"Şirkətlərin işi hansı həcmdə yerinə yetirdikləri və orada həqiqətən neçə nəfərin işləməsi barədə məlumatımız yoxdur. Buna görə bu il yenidən qanunvericiliyə dəyişiklik edilməsi təklifi ilə çıxış etmək istəyirik ki, şirkətlərdə yoxlamaların aparılması, DSMF-yə ödənişlərin edilməsindən yayınıb-yayınmamalarını öyrənməyə imkan verəcək lazımi sənədlərin alınması üçün səlahiyyətlər alaq", - Müslümov qeyd edib.

DSMF ölkə hökumətinə analoji təkliflə ötən il müraciət edib.

Xəbər lenti

Xəbər lenti