...

20 il ərzində Azərbaycanda sərnişinlərin sayı 43,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2011 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbirlər A.Axundov, E.İsmayılov/

Son 20 il ərzində Azərbaycanın nəqliyyat sektoru tərəfindən 2,5 milyard ton yük daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda elmi simpoziumda çıxışı zamanı deyib.

"Nəqliyyat sektorunun xidmətlərindən istifadə edən sərnişinlərin sayı 1991-ci illə müqayisədə 421,3 milyon nəfər [43,6 faiz] artıb", - Vəliyev bildirib.

Onun sözlərinə görə, 2011-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda avtonəqliyyat vasitələrinin sayı 982,6 min ədəd təşkil edib. Onların sayı 20 il ərzində 589,6 min ədəd artıb.

Bütün avtomobillərin 725,8 mini şəxsi minik avtomobilləridir və müstəqilliyimizin bərpasının ilk ilində hər 100 ailəyə 18 şəxsi minik avtomobili düşürdüsə, hazırda hər 100 ailədən 40-ı minik avtobilinə malikdir.

Xəbər lenti

Xəbər lenti