Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Axundov/
2011-ci ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3,725 milyard manat təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 4,42 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə birjanın bazar ertəsi yaydığı hesabatda deyilir.
Korporativ qiymətli kağızlar bazarı ötən ilin analoji dövrü ilə müqayisədə 1,73 dəfə artaraq 306,774 milyon manat olub. Bu, korporativ istiqrazlarla olan əməliyyatların 2,23 dəfə artması ilə izah edilir.
Dövlət qiymətli kağızları bazarı 5,14 dəfə artaraq 3,418 milyard manata çatıb. Bu, Mərkəzi Bankın notları ilə əməliyyatların 4,39 dəfə kəskin artması nəticəsində baş verib. Əqdlərin sayı təxminən 1,5 dəfə artıb.
Korporativ qiymətli kağızlar üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli (yanvar-iyun 2011):
Bazarın seqmentləri |
2011 (30.06.11) |
2010 (30.06.10) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Korporativ istiqrazlar - (yerləşdirmə) |
72 080 584,00 |
48 |
46 340 064,50 |
62 |
155,55% |
Korporativ istiqrazlar - ( təkrar bazar ) |
176 689 238,85 |
49 |
65 303 441,73 |
48 |
270,57% |
KI bazarı cəmi |
248 769 822,85 |
97 |
111 643 506,23 |
110 |
222,83% |
Səhmlər - ( yerləşdirmə ) |
53 549 232,00 |
81 |
61 861 886,96 |
898 |
86,56% |
Səhmlər - ( təkrar bazar ) |
4 455 273,50 |
1 624 |
3 362 363,40 |
1 010 |
132,50% |
Səhm bazarı cəmi |
58 004 505,50 |
1 705 |
65 224 250,36 |
1 908 |
88,93% |
KQK bazarı cəmi |
306 774 328,35 |
1 802 |
176 867 756,59 |
2 018 |
173,45% |
Dövlət qiymətli kağızları üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
(yanvar-iyun 2011)
Bazarın seqmentləri |
2011 (30.06.11) |
2010 (30.06.10) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə) |
173 869 168,77 |
103 |
111 314 128,48 |
43 |
156,20% |
Dİ ( AR MN ) - ( təkrar bazar ) |
20 224 687,58 |
20 |
75 322 359,26 |
33 |
26,85% |
Dİ bazarı cəmi |
194 093 856,35 |
123 |
186 636 487,74 |
76 |
104,00% |
Notlar ( AR MB ) - ( yerləşdirmə ) |
482 453 357,93 |
172 |
108 515 800,96 |
97 |
444,59% |
Notlar ( AR MB ) - ( təkrar bazar ) |
9 555 687,77 |
5 |
3 472 654,77 |
1 |
275,17% |
Not bazarı cəmi |
492 009 045,70 |
177 |
111 988 455,73 |
98 |
439,34% |
Repo əməliyyatları |
2 731 753 699,47 |
605 |
366 492 915,86 |
379 |
745,38% |
DQK bazarı cəmi |
3 417 856 601,52 |
905 |
665 117 859,33 |
553 |
513,87% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK - Korporativ qiymətli kağızlar