...

Azərbaycanda dənli bitkilərin 3 s/ha-dan çox məhsuldarlığı proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2011 16:27 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda dənli bitkilərin hektardan 3 sentner çox məhsuldarlığı proqnozlaşdırılır.
Azərbaycanda dənli bitkilərin 3 s/ha-dan çox məhsuldarlığı proqnozlaşdırılır

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycanda dənli bitkilərin hektardan 3 sentner çox məhsuldarlığı proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.

"Hazırda Azərbaycanda dənli bitkilərin orta məhsuldarlığı hektardan 23 sentner təşkil edir, eləcə də artım gözlənilir", - Əliyev bildirib.

2010-cu ildə torpağın hər hektarından orta hesabla 20,7 sentnet taxıl yığılıb.

Onun sözlərinə görə, iyunda vələmir yığımına başlanılıb və 752 min tondan çox toplanılıb.

Bundan əvvəl kənd təsərrüfatı naziri İsmət Abasovun dediyinə görə, 2011-ci ildə Azərbaycanda 2,5 milyon ton taxıl istehsalı gözlənilir. Bu, ötən ilin göstəricisini 500 min ton üstələyir.

"Hava şəraiti əlverişli olsa, biz 2,5 milyon ton taxıl istehsalını proqnozlaşdırırıq. Bunun 1,7 milyonu ərzaq buğdasının payına düşür", - Abasov bildirib.

2011-ci ildə 800 min ton arpanın istehsal olunacağı gözlənilir.

Ötən il ərzində ölkədə 2000,9 min ton taxıl yığılıb. Bu, 2009-cu ildəkindən 33 faiz azdır.

Bu gün ölkənin dənli bitkilərə olan tələbatı 3-3,2 milyon tondur.

"Çatışmayan hissə digər ölkələrdən idxal ediləcək. Hazırda Azərbaycan taxılı Rusiya və Qazaxıstandan idxal edir", - bir müddət əvvəl nazir qeyd edib.

Onun sözlərinə görə, əlverişsiz hava şəraitinə görə ötən il taxıl istehsalının həcminin azalmasına baxmayaraq, ölkədə məhsulun bu növü üzrə qıtlıq müşahidə edilməyib.

Xəbər lenti

Xəbər lenti