...

Kapital Bank nizamnamə kapitalını 10 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 19:30 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Kapital Bank-ın sadə, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Kapital Bank nizamnamə kapitalını 10 milyon manat artırır

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Kapital Bank-ın 10 milyon manat məbləğində sadə, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.

Bu emissiya çərçivəsində qeydə alınan qiymətli kağızların miqdarı hər birinin nominal dəyəri 10 manat olmaqla bir milyon səhm təşkil edir.

Emissiya prospektinə görə, yerləşdirmə açıq abunə üsulu ilə keçiriləcək.

Hazırda bankın əsas səhmdarı "Paşa Holdinq"dir, səhmlərin 97,75 faizi ona məxsusdur. 2008-ci ilin yayınadək bank dövlət bankı olub. Bu gün bankın nizamnamə kapitalı 30 milyon manat təşkil edir.

Bu gün respublikanın bütün regionlarında Kapital Bank-ın 89 filialı və 10 müstəqil şöbəsi fəaliyyət göstərir.

İyulun 7-nə olan rəsmi məzənnə 0,7870 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti