...

Bakının mərkəzi prospektlərindən birində iri yol qovşağı tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2011 14:06 (UTC +04:00)
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Bakıda Alı Mustafayev, Abdulvahab Salamzadə, Hüseynbala Əliyev küçələrinin və Ziya Bünyadov prospektinin (üçüncü mikrorayon dairəsi) kəsişdiyi yerdə üç tunel və bir körpünün daxil olacağı iri yol qovşağı tikəcək.
Bakının mərkəzi prospektlərindən birində iri yol qovşağı tikiləcək

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Əliyev/

Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Bakıda Alı Mustafayev, Abdulvahab Salamzadə, Hüseynbala Əliyev küçələrinin və Ziya Bünyadov prospektinin (üçüncü mikrorayon dairəsi) kəsişdiyi yerdə üç tunel və bir körpünün daxil olacağı iri yol qovşağı tikəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov bildirib.

Onun sözlərinə görə, tunellərdən biri (ikitərəfli hərəkət) "20 Yanvar" metrostansiyasından başlayaraq Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi yerdə başa çatacaq ki, bu da avtomobillərə bu marşrutla maneəsiz hərəkət etməyə imkan verəcək. Daha iki tunel birtərəfli olacaq. Bu infrastruktur obyektində cəmi altı hərəkət zolağı (hər tərəfə üç) olacaq.

Ziya Bünyadov prospektində dana bir neçə infrastruktur obyekti tikiləcək. Onların arasında Əliyar Əliyev, Böyük Şor, Müzəffər Nərimanov küçələrindəki tunellər var. Eləcə də Əhməd Rəcəbli küçəsindəki yol qovşağı yenidən qurulacaq.

Bir müddət əvvəl "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanovun dediyi kimi, Ziya Bünyadov prospektindəki yenidənqurma işlərinin 2012-ci ilin sonu - 2013-cü ilin ortalarında başa çatdırılması planlaşdırılır.

Yenidənqurma çərçivəsində prospektin genişləndirilməsi planlaşdırılır ki, bu da öz növbəsində bu ərazidə yerləşən bəzi tikililərin sökülməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti