...

Bakı şəhərində qanunsuz tullantı sahələri ilə bağlı monitorinqlər davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 13:16 (UTC +04:00)
Bakı şəhərinin ekoloji mühafizəsi və sanitar təmizliyinin təmin edilməsi məqsədilə "Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və ASC tərəfindən yaradılmış işçi qrupu bu istiqamətdə fəaliyyətini davam etdirir.
Bakı şəhərində qanunsuz tullantı sahələri ilə bağlı monitorinqlər davam edir

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Bakı şəhərinin ekoloji mühafizəsi və sanitar təmizliyinin təmin edilməsi məqsədilə "Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və ASC tərəfindən yaradılmış işçi qrupu bu istiqamətdə fəaliyyətini davam etdirir.

ASC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, işçi qrupu tərəfindən son bir ayda paytaxtın Xəzər, Səbail, Binəqədi, Sabunçu və Suraxanı rayonları ərazisində keçirilən reydlər nəticəsində onlarla qeyri-qanuni tullantı sahələri aşkarlanıb, onların ləğv edilməsi barədə aidiyyəti qurumlara xəbərdarlıq edilib müvafiq protokollar tərtib edilib və məcburi göstərişlər verilib.

Eyni zamanda, işçi qrupu tərəfindən Bakı şəhərinin Suraxanı rayonunun 6 qəsəbəsində (Qaraçuxur, Əmircan, Bülbülə, Hövsan, Yeni Suraxanı, Zığ) keçirilmiş reydlər zamanı sahəsi 200 kvadratmetrdən böyük olan 12 qeyri-qanuni tullantı sahəsi aşkarlanıb və bu ərazilərin tez bir zamanda təmizlənməsi üçün aiddiyyəti qurumlara xəbərdarlıq edilib və məcburi göstərişlər verilib.

Ümumiyyətlə, indiyədək işçi qrupunun Bakı şəhərinin müxtəlif rayonlarında keçirdiyi reydlər nəticəsində qeydə alınmış sahəsi 200 kvadratmetrdən böyük olan 116 qeyri-qanuni tullantı sahələrindən 23-ü təmizlənib, 60 min kubmetrdən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınıb və "Təmiz Şəhər" ASC-yə təhvil verilib.

Keçirilən reydlərin əsas məqsədi Bakı şəhərində ekoloji tarazlığın bərpası və yaşayış massivlərinə yaxın ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınmasıdır.

"Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 6 avqust tarixli sərəncamına əsasən, əmələ gəlmə mənbəyindən asılı olmayaraq Bakı şəhəri ərazisində yaranan bütün bərk məişət tullantıları yalnız "Təmiz Şəhər" ASC-yə təhvil verilməlidir.

Xəbər lenti

Xəbər lenti