...

Əmək münasibətləri üzərində nəzarət gücləndiriləcək - əmək və sosial müdafiə naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 11:57 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri üzərində nəzarət mexanizmini gücləndirir. Trend-in məlumatına görə, bu barədəcümə günü jurnalistlərə nazir Füzuli Ələkbərov bildirib.
Əmək münasibətləri üzərində nəzarət gücləndiriləcək - əmək və sosial müdafiə naziri

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri üzərində nəzarət mexanizmini gücləndirir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə nazir Füzuli Ələkbərov bildirib.

"Bu mövzu bu gün çox aktualdır. Məni bu sahəyə ayrılan diqqət qane etmir. İlin birinci yarısında 770-ə yaxın əmək müqaviləsi bərpa edilib ki, bu da aşağı göstəricidir", - Ələkbərov deyib.

2010-ci ilin birinci yarısında əmək müqaviləsi olmadan işləyən və nazirliyin müdaxiləsi nəticəsində əmək müqaviləsi bərpa olunan şəxslərin sayı 3404 nəfər, 2009-cu ildə 7048 nəfər olub.

Ələkbərovun sözlərinə görə, nazirliyin bu sahəyə diqqəti gücləndiriləcək. "İlin ikinci yarısında bu göstərici yüksək olacaq", - o deyib.

Nazir təəssüflə qeyd edib ki, ilin birinci yarısında istehsalatda bədbəxt hadisələrin sayı artıb.

"Bunun səbəbi tikinti sektorunda baş verən canlanmadır. Biz öz növbəmizdə, bədbəxt hadisələrə gətirib çıxaran subyektiv səbəblərlə mübarizə aparırıq və bu sahəyə də diqqəti gücləndirəcəyik", - Ələkbərov qeyd edib.

Hesabat dövründə istehsalatda 128 bədbəxt hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 53 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti