...

"Təmiz Şəhər" ASC tələbələr üçün yay məktəbi təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2011 16:06 (UTC +04:00)
"Təmiz Şəhər" ASC "Gənclər Təmizlik Naminə" şüarı altında tələbələr üçün yay məktəbi təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə ASC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Təmiz Şəhər" ASC tələbələr üçün yay məktəbi təşkil edəcək

Azərbaycan, Bakı, 8 avqust /Trend/

"Təmiz Şəhər" ASC "Gənclər Təmizlik Naminə" şüarı altında tələbələr üçün yay məktəbi təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə ASC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məktəbin keçirilməsində əsas məqsəd gənclər üçün tullantıların düzgün idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində biliklərin əldə edilməsi, dünya görüşünün genişləndirilməsi və debat vasitəsi ilə ətraf mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin, fikir mübadiləsinin aparılması imkanlarının yaradılmasıdır. Məktəb həmçinin, ekoloji mədəniyyətin nkişafı, o cümlədən ətraf mühitin mühafizəsi sahəsinə gənc mütəxəssisləri cəlb etmək məqsədi daşıyır.

"Gənclər Təmizlik Naminə" tələbələr üçün yay məktəbi 25-30 avqust 2011-ci il tarixində Lənkəran rayonunda keçiriləcək. Yay məktəbində iştirakla bağlı Bakı şəhərinin 18 ali məktəbində təhsil alan 140-dan çox tələbədən ərizə qəbul olunmuşdur. Bir neçə mərhələdən ibarət olan seçim turu nəticəsində ekologiya sahəsində təhsil alan 55 tələbə yay məktəbində iştirak hüququ qazanmışdır.

"Təmiz Şəhər" ASC tərəfindən ekoloji yay məktəblərinin təşkili artıq ənənəyə çevrilir. Belə ki, 2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Ekologiya İli" elan edilməsi ilə bağlı "Təmiz Şəhər" ASC tərəfindən "Gənclər Təmizlik Naminə" layihəsi çərçivəsində "Təmiz Şəhər Naminə" Yeniyetmələr üçün Yay Məktəbi təşkil edilmişdir. Bu il keçirilən yay məktəbi ötən ilki layihənin davamıdır və ictimayyətdən, gənclərdən gələn sosial sifarişin nəticəsidir.

"Gənclər Təmizlik Naminə" yay məktəbinin keçirilməsində təşkilati dəstək "Vətəndaş Cəmiyyətində Debat" İB məxsusdur.

"Gənclər Təmizlik Naminə" tələbələr üçün yay məktəbində iştirak tam ödənişsizdir və nəqliyyat, qida, yaşayış, təlim-tədris və asüdə vaxtın təşkili xərcləri "Təmiz Şəhər"ASC tərəfindən qarşılanacaqdır.

Xəbər lenti

Xəbər lenti