...

"Təmiz Şəhər" ASC "Mobiloqrafiya" ekoloji foto-müsabiqəsinə start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2011 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust / Trend /

İctimaiyyətin diqqətini Bakı şəhərinin təmizliyinin qorunmasına cəlb etmək və əhalinin ekoloji mədəniyyətini inkişaf etdirmək məqsədilə "Təmiz Şəhər" ASC "Mobiloqrafiya" foto-yarışmasına start verir. Trend-in məlumatına görə, bu barədə ASC-nin məlumatında deyilir.

Foto sənətinin bir növü olan Mobiloqrafiya müsabiqəsində peşəkar fotoçəkiliş üçün nəzərdə tutulmayan rəqəmsal kameralı avadanlığı (mobil telefon, noutbuk, planşet kompyuter və s.) olan hər kəs iştirak edə bilər. Şəhərin təmizliyinin qorunub saxlanılması və tullantılarla düzgün rəftar edilməsi məqsədilə şəhəri çirkləndirənlərin ifşa olunması, sakinlərin dürüst davranışı və ictimaiyyətin rolunu əks etdirən şəkillər müsabiqədə iştirak hüquqi qazanacaq. Şəhərin təmiz saxlanılması və ya çirklənməsində rolu olan insan və onun fəaliyyətini və ya "fəaliyyətsizliyini" əks etdirən şəkillər müsabiqənin əsas mövzusudur.

4 ay davam edəcək yarışmada iştirak etmək istəyən hər kəs "Mobiloqrafiya"-nın rəsmi veb-saytı /www.mq.foto.az/ daxil olaraq bu müsabiqəyə qatıla bilər. Müsabiqənin nəticələri səsvermə üzrə müəyyən olunacaq. "Mobiloqrafiya" müsabiqəsinin yekununda təşkil olunacaq sərgidə səsvermə, münsiflər heyətinin rəyi və digər nominasiyalar üzrə qalib gəlmiş gənc fotoqraflar sertifikat və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

"Mobiloqrafiya" müsabiqənin keçirilməsində digər əsas məqsədlər gənclərin asudə vaxtının düzgün və dəyərli təşkil edilməsi, eyni zamanda, Azərbaycanda fotoreportyorluq sənətinin inkişafı, bu sahədə təcrübənin qazanılması və iştirakçıların yaradıcı bacarıqlarının önə çıxarılmasıdır.

Xəbər lenti

Xəbər lenti