...

"Paşa Bank" ölkənin ən kapitallaşdırılmış kommersiya bankı mövqeyini qoruyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2011 14:45 (UTC +04:00)
Azərbaycan bankı "Paşa Bank" ilin birinci yarısında ölkənin məcmu kapitalına görə ən kapitallaşdırılmış kommersiya bankı mövqeyini qoruyub.
"Paşa Bank" ölkənin ən kapitallaşdırılmış kommersiya bankı mövqeyini qoruyub

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Paşa Bank" ilin birinci yarısında ölkənin məcmu kapitalına görə ən kapitallaşdırılmış kommersiya bankı mövqeyini qoruyub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında idarə heyətinin üzvü və bankın baş maliyyə inzibatçısı Şahin Məmmədov deyib. İlin birinci yarısının yekunlarına görə, bankın məcmu kapitalı 141,78 milyon manat təşkil edib.

İlin birinci yarısının yekunlarına görə, bankın ümumi aktivləri 496,19 milyon manat təşkil edib və aşağıdakı şəkildə bölüşdürülüb: qiymətli kağızlar portfeli - 43 faiz, müştərilərə verilən kreditlər 41 faiz, kredit təşkilatlarından alınan vəsaitlər - 7,2 faiz, nağd vəsaitlər - 6,4 faiz.

"Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 10 faiz artıb və 215,7 milyon manata çatıb", - Məmmədov qeyd edib.

İlin birinci yarısı ərzində bankın xalis gəliri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 41 faiz azalıb və 5,07 milyon manat təşkil edib.

"Bunun əsas səbəbi müştərilərə verilən kreditlərin orta faiz dərəcələrinin azaldılması, təcili depozitlərin sayının artması nəticəsində faiz xərclərinin artırılması və ehtiyat fonduna kredit portfeli üzrə köçürmələrin artırılması olub", - o bildirib.

Məmmədovun sözlərinə görə, bankın faiz gəlirləri ilin birinci yarısının yekunları üzrə 17,4 milyon manat təşkil edib.

"Paşa Bank" 2007-ci ilin iyununda yaradılıb və Azərbaycan Mərkəzi Bankının 28 yanvar 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir.

"Paşa Bank" ASC "Paşa Sığorta" "Paşa Həyat", "Paşa Travel" və "Paşa Tikinti" ilə yanaşı "Paşa Holdinq"in tərkibinə daxildir. Holdinq faktiki olaraq klassik holdinq yox, investisiya şirkətidir. " Pasha Group"un strukturuna "Kapital Bank " da daxildir. Orada holdinq səhmlərin 99,75 faizi məxsusdur.

Bankın səhmdarları strukturunda pay bölgüsü bu şəkildədir: "Paşa Holdinq"ə səhmlərin 60 faizi, ADOR ltd şirkətinə 30 faiz, Arif Paşayevə 10 faiz məxsusdur.

Xəbər lenti

Xəbər lenti