...

Daha iki bank Azərbaycan İpoteka Fondunun agentləri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2011 11:24 (UTC +04:00)
Daha iki bank ölkənin Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) agentləri olub. Trend-in məlumatına görə, bu barədə fondun cümə axşamı yaydığı məlumatda deyilir.
Daha iki bank Azərbaycan İpoteka Fondunun agentləri olub

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir N.İsmayılova/

Daha iki bank ölkənin Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) agentləri olub. Trend-in məlumatına görə, bu barədə fondun cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, AİF-in agentləri "Qafqaz İnkişaf Bankı" və "NBCBank" olub. Beləliklə, AİF-in agent banklarının sayı 26-ya çatıb.

"Qafqaz İnkişaf Bankı" ASC 1996-cı il aprelin 23-də Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məsələlərinin həlli üçün Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, təşkilatları, bankları və vətəndaşlarının köməyi ilə yaradılıb.

"NBC Bank" 1992-ci ilin dekabrında yaradılıb.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.

Hazırda İpoteka Fondunun müvəkkil agenti qismində 26 bank, 19 sığorta şirkəti və 13 qiymətləndirmə təşkilatı çıxış edir.

Xəbər lenti

Xəbər lenti