...

Daşkəsən rayonunun potensialının inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2011 12:40 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən rayonu üzrə sahibkarlıq subyektlərindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb.
Daşkəsən rayonunun potensialının inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir, N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən rayonu üzrə sahibkarlıq subyektlərindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

2011-ci il avqustun 26-da Daşkəsən rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Nəticədə rayonun iqtisadi inkişafı üçün aşağıdakı prioritet istiqamətlər aşkar edilib:

- arıçılıq təsərrüfatlarının yaradılması, o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması;

- intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatının yaradılması;

- kiçik həcmli meyvə emalı sexinin yaradılması.

Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Fondun ünvanı: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: [email protected].

Xəbər lenti

Xəbər lenti