...

"ABB-MOSKVA" Deutche Bank-la əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2011 14:21 (UTC +04:00)
"ABB-MOSKVA" (Azərbaycan Beynəlxalq Bankı-Moskva) müştərilərə təklif olunan xidmətlərin siyahısını genişləndirmək üçün Deutche Bank-ın dəstəyi ilə yeni Single Nostro xidmətini təklif edir.
"ABB-MOSKVA" Deutche Bank-la əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

"ABB-MOSKVA" (Azərbaycan Beynəlxalq Bankı-Moskva) müştərilərə təklif olunan xidmətlərin siyahısını genişləndirmək üçün Deutche Bank-ın dəstəyi ilə yeni Single Nostro xidmətini təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "ABB-MOSKVA"-nın saytında deyilir.

Single Nostro xidməti "ABB-MOSKVA" müştərilərinin dollar, avro, Britaniya funt sterlinqi, İsveç kronu, İsveçrə frankında pul köçürmələrin həyata keçirilməsini nəzərdə tutur ki, burada pul alanın hesabına bu vəsait bankın müxbir hesabının olmadığı valyutalardan birində hesablanacaq.

Başqa sözlə, müştəri, məsələn, dollarla köçürmə apararkən ödənişin təyinatında banka bu vəsaitin benefisiara, məsələn, Bəhreyn dinarında verilməsi barədə göstəriş verə bilər.

Single Nostro xidməti "ABB-MOSKVA" müştərilərinə valyuta əməliyyatlarının geniş siyahısından istifadə etməyə imkan verir. Bu zaman onlar valyutalar üzrə FOREX beynəlxalq valyuta bazarında sərbəst kotirovkanın olmadığı şəraitdə birbaşa konversiya əməliyyatından qaça bilərlər.

"ABB-Moskva" 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının 100 faizlik törəmə strukturu kimi yaradılıb. Hazırda "ABB-Moskva"nın Moskvada 7 müştəri xidmətləri ofisi və 25 bankomatı, Sankt-Peterburqda filial və 3 əlavə ofisi, 12 bankomatı, Yekaterinburqda filial və 2 əlavə ofisi, 7 bankomatı var.

Xəbər lenti

Xəbər lenti