Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkədə ətin qiymətində süni bahalaşma faktları qeydə almayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
"Son vaxtlar ölkədə ətin qiymətində müəyyən artım müşahidə olunur. Bununla əlaqədar Dövlət Xidməti ət satışı məntəqələrində monitorinqlər keçirib. Nəticədə qiymətlərin süni şəkildə artırılması faktları aşkar edilməyib", - məlumatda deyilir.
Tədqiqatlar göstərir ki, ətin qiymətində artım yemin və onun komponentlərinin qiymətinin artması, eləcə də qaramalın idxal edildiyi qonşu ölkələrdə ətin qiymətinin bahalaşması ilə əlaqədardır.