...

Bakı və Həştərxan birbaşa dəniz nəqliyyatını yenidən işə salacaqlar (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2011 16:12 (UTC +04:00)
Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayəti bu il Bakı və Olya limanları arasında bərə nəqliyyatının işə salınmasını planlaşdırır.
Bakı və Həştərxan birbaşa dəniz nəqliyyatını yenidən işə salacaqlar (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir N.İsmayılov/

Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayəti bu il Bakı və Olya limanları arasında bərə nəqliyyatının işə salınmasını planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Həştərxan qubernatoru Aleksandr Jilkin vilayətin və Azərbaycanın iqtisadi imkanlarının təqdimatında deyib.

Bakı ilə Həştərxan yaxın keçmişədək işləyən birbaşa dəniz nəqliyyatının yenidən işə salınması, həmçinin Xəzər dənizindəki bu iki iri liman arasındakı bərə daşımalarını tənzimləmək üçün razılığa gəlməyi planlaşdırırlar.

"Niyyətimiz var ki, bu il hər iki tərəf üçün sərfəli olsun deyə, bərələr üçün normal şərait yaradaq. Bunun biznes subyektlərinə sərfəli olduğu isə faktdır", - qubernator deyib.

Bərə nəqliyyatının yenidən işə salınması Azərbaycan və Rusiya arasında yükdaşımanın artmasına imkan verərək onların qiymətini azaldacaq və iki ölkənin turizm imkanlarından tam istifadə etməyə şərait yaradacaq.

"Rusiya Nəqliyyat Nazirliyi Olya-Bakı arasında bizim liman üçün 0,5 faiz səviyyəsində aşağı salınmış əmsal qəbul edib. Hazırda Azərbaycanın müvafiq nazirliyi bənzər işlər görür ki, iş adamları asan və ucuz yük daşısınlar, çünki əvvəllər işləyən tariflər çox yüksək idi", - Jilkin deyib.

O bildirib ki, gələn il mütəmadi bərə daşımaları həyata keçiriləcək.

Onun sözlərinə görə, avtomobil nəqliyyatı problemlidir, lakin bərə daşımaları ticarət üçün daha operativ, təhlükəsiz və rahatdır.

Jilkinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

İl ərzində Rusiya ilə Azərbaycan arasındakı ticarət mübadiləsi 71,5 faiz artaraq ilin birinci yarısında 1,455 milyard dollar olub. Rus ixracatı 58,9 faiz artaraq 776,1 milyon dollar, Azərbaycandan ixrac isə 88,5 faiz artaraq 679,2 milyon dollar təşkil edib.

Rusiya-Azərbaycan ticari-iqtisadi əlaqələrdə və artan ticarət inkişafında mühüm rolu regionlararası əməkdaşlıq oynayır. Hazırda 15 Rusiya regionu ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu da Rusiya Federasiyasının 71 subyektini Azərbaycanla xarici ticarətə cəlb edib.

Xəbər lenti

Xəbər lenti