...

Azərbaycan bankları çirkli pulların yuyulması ilə mübarizədə yeni yanaşmanı öyrənirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2011 17:49 (UTC +04:00)
Maliyyə Monitorinqi Xidməti çirkli pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə iştirak edən maliyyə institutlarının maarifləndirilməsi tədbirlərini davam etdirir.
Azərbaycan bankları çirkli pulların yuyulması ilə mübarizədə yeni yanaşmanı öyrənirlər

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti çirkli pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə iştirak edən maliyyə institutlarının maarifləndirilməsi tədbirlərini davam etdirir.

5-7 sentyabr 2011-ci il tarixlərində Maliyyə Monitorinqi Xidməti Mərkəzi Bankla birlikdə "Bank əməliyyatlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) riskləri üzrə təhlili zamanı şübhəlilik indikatorlarının əhəmiyyəti" mövzusunda treninq keçirib. Trend-in məlumatına görə, bu barədə cümə günü Xidmətin məlumatında deyilir.

Treninqin əsas məqsədi bankların məsul əməkdaşlarının praktiki bilik və bacarıqlarının artırılmasına dəstək vermək və bankların cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə potensialının gücləndirilməsindən ibarət olub. 3 günlük treninq müddətində Xidmətin ekspertləri tərəfindən bankların çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemləri, "müştərini tanı" prinsipi, risk əsaslı yanaşma, informasiyanın idarə olunması və İT dəstəyi, tipologiyalar və digər bu kimi praktiki məsələlər üzrə təqdimatlar edilib.

Sözügedən treninqdə Azərbaycanda fəaliyyət göstərən bankların çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 30 məsul şəxsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti