...

Azərbaycanda ipoteka istiqrazlarına tələb təklifi 2,3 dəfə üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 20:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun istiqrazlarına olan tələb təklifi 2,3 dəfə üsrələyib
Azərbaycanda ipoteka istiqrazlarına tələb təklifi 2,3 dəfə üstələyib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir N.İsmayılova/

Cümə axşamı baş tutmuş sonuncu hərracda Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun istiqrazlarına olan tələb təklifi 2,3 dəfə üsrələyib. Trend-in məlumatına görə, bu barədə Fondun məlumatında deyilir.

Bakı Fond Birjasında AİF-in beş milyon manatlıq faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının növbəti hissəsi yerləşdirilib.

Hərracda nominal üzrə 11,436 milyon manatlıq təkliflər üç investor tərəfindən verilib. Satışa çıxarılmış istiqrazların bütün həcmi tamamilə yerləşdirilib.

İstiqrazların ödənilmə tarixi 11 dekabr 2017-ci ildir.

İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı AMB-dir.

AİF istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2010-cu il noyabrın 19-da qeydiyyata alınıb.

Yerləşdirmə hər birinin dəyəri 1000 manat olan 60 milyon manatlıq faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazların emissiyasından həyata keçirilir. Sənədlər üzrə gəlir üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsi yanvarın 17-də başlanıb və bu günədək 52 milyon manatlıq istiqraz (son yerləşdirilmə ilə) satılıb.

İndiyədək AİF iki emissiya - 55 milyon manatlıq təmin edilmiş ipoteka istiqrazları və 75 milyon manatlıq təmin edilməmiş istiqrazlar yerləşdirib.

Sentyabrın 15-nə olan rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti