...

Azərbaycanda ipoteka istiqrazlarının növbəti hissəsi yerləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 11:27 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır.
Azərbaycanda ipoteka istiqrazlarının növbəti hissəsi yerləşdiriləcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır.

Sentyabrın 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə BFB-nin cümə günü yaydığı məlumatda deyilir.

BFB-dən Trend-ə verilən məlumata görə, hərraca 5 000 000 manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək.

İstiqrazlar 100,5417 faiz qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Sentyabrın 16-na olan rəsm məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti