...

Azərbaycanda 7-8 min yeni taksi işləyəcək - Nəqliyyat Nazirliyi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 13:31 (UTC +04:00)
Bakının London Taxi TX4 avtomobilləri ilə təmin olunması prosesinin başa çatması ilə bağlı ölkə regionlarına yeni maşınların tədarükü gözlənilir.
Azərbaycanda 7-8 min yeni taksi işləyəcək - Nəqliyyat Nazirliyi (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.İsmayılova/

Bakının London Taxi TX4 avtomobilləri ilə təmin olunması prosesinin başa çatması ilə bağlı ölkə regionlarına yeni maşınların tədarükü gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Həsənovun sözlərinə görə, ölkənin regionlarında digər avtomobil modeli olan "Daewoo Lacetti" fəaliyyət göstərəcək.

O bildirib ki, ölkəyə cəmi yeddi-səkkiz minə yaxın taksi avtomobillərinin tədarükü gözlənilir.

Avtomobillər rənglərə görə fərqlənəcəklər: Gəncədə onlar zoğalı, Sumqayıtda ağ rəngdə olacaqlar.

Bundan əvvəl Nəqliyyat Nazirliyi Bakıdakı taksi sürücüləri üçün treninqlər keçirib ki, bu gün həmin treninqlərdə 300 nəfər iştirak edir.

Avqustda Azərbaycana London taksilərinin 200 ədədlik növbəti partiyası gətirilib.

"Bundan əvvəlki partiya 100 maşından ibarət idi, bu gün onların ümumi sayı 300 ədəd təşkil edir. 2011-ci ilin sonunadək Bakıya min taksi tədarük ediləcək", - Həsənov deyib.

Onun sözlərinə görə, 200 maşından ibarət növbəti partiyanın tədarükü yaxın aylarda gözlənilir. Bu avtomobillərin ümumi sayı3 min ədədədək çatdırılacaq.

"Manganese Bronze Holdings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.

Xəbər lenti

Xəbər lenti