...

Azərbaycan Cənub dəhlizi layihəsinin reallaşdırılmasında əsas rol oynayır - Aİ-nin energetika üzrə komissarı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2011 11:11 (UTC +04:00)
Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılmasında əsas rol oynayır. Trend-in məlumatına görə, bu barədə Aİ-nin energetika üzrə komissarı Günter Ottingerin bu gün Bakıda öz işinə başlayan 3-cü "Gas Infrastructure World Caspian" konfransının iştirakçılarına məktubunda deyilir.
Azərbaycan Cənub dəhlizi layihəsinin reallaşdırılmasında əsas rol oynayır - Aİ-nin energetika üzrə komissarı

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Bədəlova/

Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılmasında əsas rol oynayır. Trend-in məlumatına görə, bu barədə Aİ-nin energetika üzrə komissarı Günter Ottingerin bu gün Bakıda öz işinə başlayan 3-cü "Gas Infrastructure World Caspian" konfransının iştirakçılarına məktubunda deyilir.

"Azərbaycan təkcə hasilat deyil, həm də tranzit ölkə olacaq, ona görə də "Cənub qaz dəhlizi"ndə onun rolu əsasdır", - avropalı komissarın müraciətində deyilir.

Ottingerin sözlərinə görə, Avropada qaz idxalı həcmləri artır. Avropa bazarı üçün başlıca problem əsas qaz tədarükçüləri ilə əlaqələrin olmamasıdır.

"Avropaya daha çox sayda tədarükçülərdən daha çox qaz lazımdır və Xəzər regionu bu tapşırığın həllinə kömək edə bilər", - Ottinger hesab edir.

Türkmənistandan danışarkən, o qeyd edib ki, ölkə böyük qaz ehtiyatlarına malikdir, lakin indiyədək bu resursların nəqli üçün ixrac marşrutları yoxdur.

Ottinger onu da bildirib ki, Avropa "Cənub qaz dəhlizi" layihəsini həyata keçirmək üçün Xəzər regionundakı bütün tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Bir müddət əvvəl Aİ Şurası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün mandatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti