...

Azərbaycanda ipoteka istiqrazlarının dördüncü emissiyası qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 17:28 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycan İpoteka Fondunun faizli, təmin edilmiş istiqrazlarının 20 milyon manatlıq emissiyasını qeydə alıb
Azərbaycanda ipoteka istiqrazlarının dördüncü emissiyası qeydə alınıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun faizli, təmin edilmiş istiqrazlarının 20 milyon manatlıq emissiyasını qeydə alıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nın bazar ertəsi yaydığı məlumatda deyilir. Bu, ölkədə ipoteka istiqrazlarının dördüncü emissiyasıdır.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 20 min istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti 2520 gündür. Emissiya açıq yerləşdirmə üsulu ilə həyata keçiriləcək.

AİF 2005-ci il dekabr ayında təsis olunub. 2006-ci ilin mart ayında bank ipoteka kreditləri verməyə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsi 2007-ci ildən başlayıb və altı ay davam edib. Bu proses 2007-ci ilin yayında vəsait çatışmazlığına görə dayandırılıb və 2009-cu il iyunun 1-də bərpa olunub. Ümumilikdə 2006-cı ildən 2010-cu il sentyabrın 30-dək AİF-in agent bankları 225,7 milyon manat məbləğində ipoteka kreditləri verib.

Sentyabrın 26-na olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti