...

OPEK-in baş katibi İrana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2011 11:36 (UTC +04:00)
OPEK-in baş katibi Abdulla Səlim əl-Bədri noyabrın əvvəlində Tehrana səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
OPEK-in baş katibi İrana səfər edəcək

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir T.Cəfərov/

OPEK-in baş katibi Abdulla Səlim əl-Bədri noyabrın əvvəlində Tehrana səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, OPEK baş katibi İranın neft naziri Rüstəm Qasıminin dəvətilə bu ölkəyə səfər edəcək. Hazırda səfərin baş tutması üçün hazırlıq işləri görülür.

2011-ci ildə İran son 36 ildə ilk dəfə olaraq neft ixrac edən ölkələrin OPEK təşkilatının rotasiya üzrə prezidenti seçilib. İran OPEK-də ikinci ən böyük neft hasilatçısıdır. OPEK-ə daxil olan ölkələr Əlcəzair, Anqola, Ekvador, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesueladır.

MEHR agentliyinin məlumatında həmçinin bildirilir ki, noyabrın əvvəlində Qaz İxrac Edən Ölkələrin Forumunun baş katibi Leonid Boxanovskinin də Tehrana səfəri gözlənilir.

Qaz İxrac Edən Ölkələrin Forumu 2001-ci ildə Rusiya və 13 digər qaz ixrac edən ölkələr tərəfindən təsis olunub. Bu foruma İran, Venesuela və Qətər də daxildir.

Xəbər lenti

Xəbər lenti