...

Beynəlxalq Sığorta Şirkəti tarifləri endirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2011 12:43 (UTC +04:00)
Bu ilin oktyabr ayının 10-dan etibarən Beynəlxalq Sığorta Şirkəti Azərbaycan Beynəlxalq Bankının müştərilərinə yeni güzəştli sığorta tarifləri təqdim etməyə başlamışdır.
Beynəlxalq Sığorta Şirkəti tarifləri endirir

Bu ilin oktyabr ayının 10-dan etibarən Beynəlxalq Sığorta Şirkəti Azərbaycan Beynəlxalq Bankının müştərilərinə yeni güzəştli sığorta tarifləri təqdim etməyə başlamışdır. İndi Bankın kredit götürən hər bir müştərisinin girov goyulan əmlakı sığortalanarkən 20%-lik güzəşt tətbiq olunacaqdır.

Bu addım Azərbaycan Beynəlxalq Bankının potensial müştərilərinə sərfəli şərtlər yaradılması məqsədi ilə atılmışdır. Güzəştli tariflərdən daşınar və daşınmaz əmlakı girov qoymaqla Bankdan kredit götürən fiziki və hüquqi şəxslər istifadə etmək imkanına malik olacaqlar.

Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov güzəştli tariflərin tətbiqini şərh edərkən "Bu qərarın müştərilərlə yanaşı Bank üçün də faydalı olması şübhəsizdir. Eyni zamanda biz ümidvarıq ki, bu addım bizim Şirkətin imicinə və onun gələcək inkişafına müsbət təsir göstərəcəkdir. Belə ki, müştəri Bazasının genişlənməsi gələcəyə qoyulan investisiyadır", - deyə bildirmişdir.

2002-ci ildə fəaliyyətə başlamış Beynəlxalq Sığorta Şirkəti hazırda Azərbaycanın ilk beş aparıcı şirkətləri sırasına daxildir. Şirkət müştərilərinə 5 icbari və 32 könüııü sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti