...

Beynəlxalq Sığorta Şirkəti sığorta ödənişləri üzrə 1-ci yerə nail olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2011 11:38 (UTC +04:00)
2011-ci ilin üçüncü rübünün nəticələrinə əsasən Beynəlxalq Sığorta Şirkəti sığorta ödənişləri üzrə ölkənin özəl sektorunda 1-ci yerə nail olmuşdur.
Beynəlxalq Sığorta Şirkəti sığorta ödənişləri üzrə 1-ci yerə nail olub

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

2011-ci ilin üçüncü rübünün nəticələrinə əsasən Beynəlxalq Sığorta Şirkəti sığorta ödənişləri üzrə ölkənin özəl sektorunda 1-ci yerə nail olmuşdur. Sığorta ödənişlərinin həcmi 4,5 mln. manata çatmışdır. Bu isə bazar payının 13,7% təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə Şirkət üzrə ödənişlərin həcmi 17,5% artmışdır.

Eyni zamanda, Beynəlxalq Sığorta Şirkəti 9,3 mln. manatdan çox sığorta haqqı cəlb edərək ölkənin özəl sektorunda ilk 5-liyə daxil olmuşdur. Bu göstərici üzrə Şirkətin bazar payı 6,3% təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə Şirkət üzrə sığorta haqqları 18,1% artmışdır.

2002-ci ildə fəaliyyətə başlamış Beynəlxalq Sığorta Şirkəti hazırda Azərbaycanın ilk beş aparıcı şirkətləri sırasına daxildir. Şirkət müştərilərinə 5 icbari və 32 könüııü sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti