...

Azərbaycanda "Vergi ödəyicilərinə göstərilən xidmətlər" layihəsinin təqdimatı keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2011 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində "Vergi ödəyicilərinə göstərilən xidmətlər - məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolunun artırılması" layihəsinin təqdimatına həsr olunmuş tədbir öz işinə başlayıb.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, sahibkarların ictimai təşkilatları, o cümlədən Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, TUSİAB, Banklar Assosiasiyasi, ATİB, Qadın Sahibkarlar Assosiasiyası, Azad İstehlakçılar Birliyi, Tacirlər və İstehsakçılar Birliyi, Sığortaçılar Assosiasiyasının və digər ictimai təşkilatların nümayəndələri, vergi ödəyiciləri və KİV nümayəndələri iştirak edirlər.

Tədbir zamanı "Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının araşdırılması və vergi xidmətinin ünvanlığının təmin olunması" layihəsi təqdim ediləcək, nəzarət-kassa aparatlarının və pos-terminalların təşviqi ilə bağlı müzakirələr aparılacaq.

Tədbir 2 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti