...

"AtaBank" müştərilərinə yeni xidmət təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 14:55 (UTC +04:00)
"AtaBank" plastik kart sahiblərinə yeni "PIN Change" xidmətini göstərməyə başlamışdır. Bu xidmət müştərilərə öz standart PİN kodlarını yeni və daha yadda qalan koda dəyişdirilməsinə imkan verir.
"AtaBank" müştərilərinə yeni xidmət təklif edir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

"AtaBank" plastik kart sahiblərinə yeni "PIN Change" xidmətini göstərməyə başlamışdır. Bu xidmət müştərilərə öz standart PİN kodlarını yeni və daha yadda qalan koda dəyişdirilməsinə imkan verir.

Belə ki, kart dəyişdirildikdə və ya bir neçə kartın sahibi olduqda bütün PİN kodları yadda saxlamaq çətinlik yaradır. "PİN Change" xidməti məhz belə kateqoriya müştərilər üçün yaradılmışdır. Yeni xidmət istənilən dördrəqəmli kodu fikirləşib karta tətbiq etməyə imkan verir.

Müştəri kodu "AtaBank"ın bankomatlarında və ya "Mobile-banking", "E-card" xidmətləri vasitəsilə günün istənilən vaxtı dəyişdirə bilər. Xidmət bankın emissiya etdiyi bütün kartlara şamil edilir. PİN kodu dəyişmək üçün bankomatda aşağıdakı əməliyyatları həyata keçirmək lazımdır: "Xidmətlər" - "PIN Change" və yeni PİN kodu yığmaq lazımdır.

Qeyd edək ki, "AtaBank" Visa İnternational ödəniş sistemi ilə 2004-cü ildən əməkdaşlıq edir və bu müddət ərzində müştərilərinin rahatlığı üçün bazara bir sıra yeni məhsul və xidmətlər çıxarmışdır. Onlardan "SMS-banking", "Mobile-banking", "E-card", "SMS-notification", "Card to card money transfer" xidmətlərini göstərmək olar. Bank həmçinin, özünün fərdi dizaynlı Visa Electron Solo və Visa Classic Solo kartlarının buraxılışı üzrə layihəni uğurla həyata keçirir. 2010-cu ildə bank MDB-də ilk dəfə olaraq Visa Electron Vertical şaquli kartını buraxmışdır. 2011-ci ilin əvvəlindən isə bank Visa Electron Aroma Lemon və Visa Classic Aroma Coffee kartlarını bazara təqdim etmişdir.

Xəbər lenti

Xəbər lenti