...

"Bank of Baku" yeni "Faizsiz pul krediti" kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 20:03 (UTC +04:00)
"Bank of Baku" Qurban bayramı ərəfəsində yeni "Faizsiz pul krediti" kampaniyasına start verir.
"Bank of Baku" yeni "Faizsiz pul krediti" kampaniyasına start verir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

"Bank of Baku" Qurban bayramı ərəfəsində yeni "Faizsiz pul krediti" kampaniyasına start verir.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "Faizsiz pul krediti" kampaniyasından Bank of Baku-nun bütün təkrar və yeni müştəriləri yararlana bilərlər. Kampaniyanın əsas üstünlüklərindən biri nağd kredit rəsmiləşdirərkən illik faiz dərəcəsinin 0% təşkil etməsidir.

Belə ki, "Faizsiz pul krediti" kampaniyasının şərtlərinə əsasən, kredit 6 ay müddətinə verilir, maksimal məbləğ isə 1000 manat (ilkin komissiya məbləği tutulduqdan sonra) təşkil edir. Üstəlik, bankın təkrar müştərilərinə kreditin rəsmiləşdirilməsi zamanı iş yerindən arayış tələb olunmur.

Kampaniya 24 oktyabr - 4 noyabr tarixlərində keçirilir.

Xəbər lenti

Xəbər lenti