...

Bakıda iki yeni yeraltı avtomobil dayanacağı tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2011 14:59 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti iki ikimərtəbəli yeraltı avtomobil dayanacağının tikintisi üzrə tender elan edib.
Bakıda iki yeni yeraltı avtomobil dayanacağı tikiləcək

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakı şəhər İcra Hakimiyyəti iki ikimərtəbəli yeraltı avtomobil dayanacağının tikintisi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü İcra Hakimiyyətinin məlumatında deyilir.

Avtomobil dayanacaqlarından biri Füzuli və Mirzağa Əliyev küçələri arasında yerləşən Heydər Əliyev adına sarayın arxasındakı ərazidə olacaq. İkinci dayanacaq isə Neftçilər prospektində Hökumət Evinin qarşısında Azadlıq meydanında yerləşəcək.

Tenderdə iştirak etmək istəyənlər yazılı müraciət və digər sənədləri 21 dekabr saat 17:00-dək təqdim etməldirilər. Hər lot üzrə tender təklifləri dekabrın 28-nə qədər təqdim edilməlidir. Tender təkliflərinin açılması dekabrın 29-da saat 16:00-da baş tutacaq.

Əlaqəli şəxs Mehman Abasovdur. Əlaqə telefonu: (994 12) 465 62 29.

Xəbər lenti

Xəbər lenti