...

Rusiya MDB ölkələrinin banklarını regional maliyyə mərkəzində iştiraka çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2011 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir N.İsmayılova /

Rusiya MDB ölkələrinin banklarını Moskvada yaradılan beynəlxalq maliyyə mərkəzində fəal iştiraka dəvət edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən MDB iştirakçısı olan ölkələrin beynəlxalq bank konfransında "VTB Bank" ASC-nin idarə heyətinin sədri Andrey Kostin bildirib.

"Biz hər şeydən əvvəl həm də possovet məkanı üçün təkcə Rusiya iqtisadiyyatı üzrə deyil, məhz bizim iqtisadiyyatlarımız üçün dünyanın hər yerindən investisiyaların cəlb edilməsini təmin etməyə qadir olan regional mərkəz kimi beynəlxalq maliyyə mərkəzi yaradırıq", - Kostin deyib.

Onun sözlərinə görə, bu gün Rusiya hökuməti Moskva maliyyə mərkəzinin yaradılması üzərində fəal iş aparır və bununla bağlı mexanizm effektiv işləyir.

"Lakin təəssüf ki, bu prosesdə əsasən qərb bankirləri fəal iştirak edirlər. MDB ölkələrindən bankirlər azdır. Hesab edirəm ki, bu, düzgün deyil. Bu prosesə hamının cəlb olunması vacibdir", - Kostin bildirib.

Xəbər lenti

Xəbər lenti