...

Bakıya London taksilərinin yeni partiyası gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 13:05 (UTC +04:00)
İlin sonunadək "Baku Taxi Company" şirkəti London Taxi TX4 markalı daha 200 yeni avtomobili istismara verəcək.
Bakıya London taksilərinin yeni partiyası gətirilib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.İsmayılov/

İlin sonunadək "Baku Taxi Company" şirkəti London Taxi TX4 markalı daha 200 yeni avtomobili istismara verəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyindən bildirilib.

Nazirlikdən deyildiyi kimi, London Taxi TX4 markalı 200 avtomobil artıq ölkəyə gətirilib və hazırda onlar lazımi sənədləşmə prosedurundan keçirlər.

"Yeni maşınlar paytaxt küçələrinə yeni ilədək çıxarılacaqlar", - nazirlikdən bildiriblər.

Hazırda Bakının küçələrində 300 ədəd bənövşəyi rəngli London Taxi TX4 avtomobilləri xidmət göstərir.

Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb.

"Manganese Bronze Holdings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.
Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirmişdilər ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.

Xəbər lenti

Xəbər lenti