...

Bakıda 160 kq-dan artıq keyfiyyətsiz ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2011 16:36 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız mallar aşkar edilib.
Bakıda 160 kq-dan artıq keyfiyyətsiz ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız mallar aşkar edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Bakının Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonlarında aparılan yoxlamalar zamanı ümumi çəkisi 160 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla məlumat vermələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti