...

"Unibank"ın təmin edilməmiş istiqrazlarının gəlirliliyi 11 faiz təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2011 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir N.İsmayılova/

Dekabrda "Unibank"ın qeydiyyata alınmış təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının gəlirliliyi 11 faiz təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Bir müddət əvvəl Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Unibank"ın 20 milyon manat dəyərində istiqrazlarının prospekt emissiyasını qeydiyyata alıb. Emissiya çərçivəsində hər birinin nominal qiyməti 50 min manat olan 400 istiqraz buraxılıb.

İstiqrazlara müraciət etməyin müddəti 1080 gün, faizlərin ödəniş müddəti isə 90 gün təşkil edir.

"Unibank" 2002-ci il oktyabrın 15-də iki özəl kommersiya bankı - "Mbank" və "Promtekhbank"ın birləşməsi nəticəsində yaranıb. "Unibank" universal maliyyə-kredit müəssisəsidir, pərakəndə və korporativ xidmətlər təklif edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (15,1515 faiz) və DEG alman investisiya korporasiyası (8,3333 faiz) kimi maliyyə institutları bankın səhmdarlarıdır.

Dekabrın 12-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti