...

DəmirBank Azərbaycanda ilk dəfə müştərilərə BƏƏ dirhəmi ilə plastik kartlar təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2011 16:57 (UTC +04:00)
"DəmirBank" Azərbaycanda ilk dəfə müştərilərə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi valyutasında (AED) plastik kartlar təqdim etməyə başlayıb.
DəmirBank Azərbaycanda ilk dəfə müştərilərə BƏƏ dirhəmi ilə plastik kartlar təqdim edir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir N.İsmayılova/

"DəmirBank" Azərbaycanda ilk dəfə müştərilərə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi valyutasında (AED) plastik kartlar təqdim etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

"DəmirBank" hazırda Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi ilə müştərilərə plastik kartlar təqdim edir. Beləliklə, "DəmirBank" Azərbaycanda ən geniş çeşiddə valyuta ilə plastik kartlar təqdim edən bankdır. Bundan başqa, plastik kart müştərilərinə mütəmadi olaraq yeni xidmətlər, kampaniya və aksiyalar təqdim edirik", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" hazırda kartlar üzrə "5 manata" və "Pulsuz" kampaniyalarını keçirir. "5 manata kart" kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" kampaniyasına əsasən, müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir. "DəmirBank" həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart" proqramını da həyata keçirir.

"DəmirBank" plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel televiziyası ödənişləri və s. xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri "İl Boyu Endirimlər" proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilərlər.

Bankın müxtəlif xidmətləri barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti