...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sahibkarlara heyvandarlıq sahəsində tövsiyələr verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2012 17:21 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sahibkarlara heyvandarlıq sahəsində tövsiyələr təqdim edib.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sahibkarlara heyvandarlıq sahəsində tövsiyələr verib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sahibkarlara heyvandarlıq sahəsində tövsiyələr təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

Tövsiyələr damazlıq düyələrin mühafizəsi, saxlanması və baş sayının artırılmasını nəzərdə tutur.

Son 3 ildə dövlət lizinq təşkilatı "Aqrolizinq" ASC tərəfindən ölkəyə 2875 baş damazlıq düyə gətirilərək heyvandarlıq məhsulları istehsalçılarına satılıb.

O cümlədən, 2011-ci ildə Almaniyadan Azərbaycana 1195 baş holştin-friz cinsindən olan damazlıq düyə gətirilib.

"2011-ci ildə 1600 baş holştin-friz cinsindən olan damazlıq düyənin gətirilməsi planlaşdırılırdı, qalan 405 baş düyə bu il fevralın 10-dək gətiriləcək", - məlumatda qeyd edilir.

Hazırda ölkədə damazlıq düyələrin sayı 4500 başa çatıb.

Xəbər lenti

Xəbər lenti