Azərbaycan, Bakı, 14 yanvar/Trend müxbir E.İsmayılov/
İranın "Kish Air" aviaşirkəti bu gün Bakı-Təbriz marşrutu üzrə ilk reysi həyata keçirəcək. Bu barədə şənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.
Məlumata əsasən, təyyarə Bakıdan yerli vaxtla saat 18:45-də uçacaq.
Təbriz-Bakı-Təbriz marşrutu üzrə aviareys mütəmadi əsasda həyata keçiriləcək. Təyyarə Bakıdan çərşənbə axşamı və şənbə günləri saat 18:45-də uçacaq.
Bu reysin açılmasına qədər Bakıdan Təbrizə Tehrandan tranzitlə çatmaq mümkün idi.