Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir A.Axundov/
Azərbaycanda pisləşən hava şəraiti hələ ki kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərmir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı və emalı üzərində nəzarət şöbəsinin rəisi Sabir Vəliyev bildirib.
"Əkin işləri artıq başa çatıb, buna görə də belə hava hətta əkinlərə fayda verir", - Vəliyev qeyd edib.
Payız əkin işləri ötən il başa çatdırılıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, payız əkinləri üçün 1040,1 min hektar torpaq sahəsi şumlanıb, əkin bu ərazilərin 93,1 faizində, yəni 968,2 min hektar ərazidə həyata keçirilib.
689,1 min hektarda buğda (2010-cu illə müqayisədə 4,3 faiz artım), 267,3 min hektarda arpa (4,9 faiz artım), 11,8 min hektarda yaşıl yem əkilib. Ümumilikdə Azərbaycanda dənli bitkilərin sahəsi il ərzində 4,5 faiz artıb.